Moskvadan İrəvana birbaşa avtobus reysləri fəaliyyətə başlayıb

Dünya

12.07.2026 - 21:59

Reyslər həftədə bir dəfə fəaliyyət göstərəcək

Moskvadakı Krasnoqvardeyski Beynəlxalq Avtovağzalından İrəvana birbaşa reyslər fəaliyyətə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə TASS-a Moskvanın mer müavini Maksim Liksutov deyib.

Bildirib ki, Moskva avtovağzalları hazırda 170-dən çox şəhərlərarası və beynəlxalq marşrutlara xidmət göstərir.

Krasnoqvardeyski şəhərin cənubundakı əsas nəqliyyat mərkəzidir və hazırda Ermənistan paytaxtı üçün daha bir yola düşmə nöqtəsinə çevrilib.

İrəvan istiqamətində reyslər həftədə bir dəfə, cümə axşamı günləri fəaliyyət göstərəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş