Rusiya ordusu iyulun 12-si səhər tezdən Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum edib.
AYNA.AZ UNIAN-a istinadən xəbər verir ki, zərbə nəticəsində ölənlər var. Bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat verib.
Onun sözlərinə görə, “Şahed” pilotsuz uçuş aparatının sənaye müəssisəsinə endirdiyi zərbə nəticəsində iki nəfər həyatını itirib. Hücum zamanı müəssisəyə və ətraf infrastruktura ziyan dəyib.