Qalibaf: "Birtərəfli sövdələşmələr dövrü bitdi"

Dünya

12.07.2026 - 16:24

“ABŞ ya vədlərini yerinə yetirməli, ya da bədəlini ödəməyə hazır olmalıdır”

“ABŞ ya vədlərini yerinə yetirməli, ya da bədəlini ödəməyə hazır olmalıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial media platforması “X”də yazıb.

O "birtərəfli sövdələşmələr dövrü"nün bitdiyini vurğulayıb.

Spiker paylaşımına Vaşinqton və Tehranın iyun ayında imzaladığı anlaşma memorandumunun bəndlərindən birinin ekran görüntüsünü əlavə edib.

Şəkildə İranın Hörmüz boğazından nəqliyyatın təşkilinə cavabdeh olduğu bildirilən hissə vurğulanır.

Qeyd edək ki, 12 iyul gecəsi İran ordusu Yaxın Şərqdəki Amerika hədəflərinə zərbələr endirməyə başlayıb. Xüsusilə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, İordaniyadakı Şahzadə Həsən Hava Bazasında Amerika MQ-9 kəşfiyyat və hücum dronları üçün komanda mərkəzi və anqarlar məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş