İsrail hərbçiləri ilə toqquşmada 122 fələstinli yaralandı

Dünya

24.08.2019 - 07:39

Həkimlər Klinikalar SEO Xidməti

Onlar arasında 3 tibb işçisi də var

 

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb. AYNA axar.az-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, 50-dən çox yaralı odlu silahdan açılan atəş zamanı xəsarət alıb. Onlar arasında 3 tibb işçisi də var.

 

Məlumata görə, sektorun bir neçə yüz sakini cümə duasından sonra 71-ci "Qayıdış marşı"na çıxıblar. Onlar İsraillə sərhədə gəliblər. İsrailin hərbi qulluqçuları sərhəd xəttində onlara yaxınlaşan fələstinlilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər və atəş açıblar.

Müəllif: Ayna.az