Onun ölümünə qısamüddətli və qəfil xəstəlik səbəb olub
Cənubi Karolina ştatından olan Respublikaçılar Partiyasından senator Lindsi Qrem vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə onun “X” sosial media hesabında məlumat yayılıb.
Qremin ofisi tərəfindən verilən açıqlamada siyasətçinin 11 iyul axşamı vəfat etdiyi bildirilib. Onun ölümünə qısamüddətli və qəfil xəstəlik səbəb olub.
Respublikaçı ailəsi bu çətin dövrdə hər kəsdən dua etmələrini və onun şəxsi həyatına hörmətlə yanaşmalarını istəyib.
“NBC News”un əldə etdiyi məlumata görə, təcili yardım xidmətləri şənbə günü axşam Qremin Kapitoli Hilldəki evində infarkt çağırışına cavab verib. Şəbəkənin əldə etdiyi fotolarda təcili yardım işçilərinin siyasətçinin evindən xərəkdə bir kişini gözləyən təcili yardım maşınına apardığı görünür.
Qremin ən son açıqlamalarından biri ABŞ Senatının Rusiyaya qarşı "sarsıdıcı sanksiyalar" tətbiq edən qanun layihəsi ilə bağlı Ağ Evlə razılığa gəlməsi idi. Bu qanun layihəsi, digər məsələlərlə yanaşı, bir sıra ölkələrə 500% tarif tətbiq edəcək.