Pakistanın XİN başçısı Tehran və Vaşinqtona çağırış edib

Dünya

12.07.2026 - 19:05

İshaq Dar İranla ABŞ arasında gərginliyin azaldılmasına çağırıb

Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. AYNA.AZ xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı İshaq Dar İran və ABŞ arasında gərginliyin azaldılmasına çağırıb.

XİN başçısı bildirib ki, tərəflər "2026-cı ilin iyun ayında İslamabad Anlaşma Memorandumunda razılaşdırıldığı kimi, gərginliyin azaldılması yolunu tutmalı və təmkinli olmalıdırlar".

O həmçinin vurğulayıb ki, "dialoq və diplomatiya fikir ayrılıqlarını həll etməyin və regionda davamlı sülh və sabitliyi təmin etməyin yeganə real yoludur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş