Avtobus qəzasında xəsarət alanların 14-ü evə buraxılıb

Hadisə

12.07.2026 - 12:59

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib

Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusunun aşması səbəbi ilə xəsarət alan 28 nəfər - 12 kişi, 7 qadın, 9 azyaşlı iyulun 12-si saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfərin (3 kişi, 3 qadın, 8-i azyaşlı) vəziyyəti qənaətbəxş sayıldığından ambulator müalicə üçün onlar evə buraxılıblar.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfər isə (9 kişi, 4 qadın, 1-i azyaşlı) hazırda instrumental diaqnostik müayinələrə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş