İrand avtobus aşıb: 53 yaralı

Dünya

27.08.2019 - 00:06

 Sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb

 

İranın şimal-şərqində, Məşhəd-Nişapur magistralında avtobus aşıb. AYNA xəbər verir ki, trend-in məlumatına görə, Məşhəd Tibb Elmləri Universitetinin idarə rəhbəri Məhəmməd Əlişahi deyib ki, yol qəzasında yaralananlardan 49-u xəstəxanaya yerləşdirilib, 4 nəfərə isə ambulator yardım göstərilib.

 

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb "Peugeot" avtomobilinin hərəkətə əks istiqamətdə gəlməsi olub.

 

Avtobus minik avtomobili ilə toqquşduqdan sonra sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Müəllif: Ayna.az