Zelenski yenilənmiş siyasi strategiyanın həyata keçirilməsinə start verir
Ukrayna Prezidenti Volodimir Zelenski Yulia Svirdenkonu Baş nazir vəzifəsindən azad etmək qərarına gəlib. O yeni, vacib bir nazirliyə rəhbərlik edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Zelenskinin “Telegram” kanalında məlumat yayılıb.
Prezidentin sözlərinə görə, yenilənmiş siyasi strategiyanın həyata keçirilməsini təmin etmək üçün Ukraynada kadr dəyişiklikləri başlayacaq.
Prezident detalları Baş nazir Yulia Svirdenko ilə müzakirə edib. Dəyişikliklərin Nazirlər Kabinetinin yenidən qurulmasını tələb etdiyi müəyyən edilib.
Prezident həmçinin hüquq-mühafizə orqanlarının rəhbərliyində dəyişikliklər elan edib.
Xatırladaq ki, Svirdenko cəmi bir ildir ki, Ukraynanın Baş naziri vəzifəsindədir.
2025-ci ilin iyul ayında Zelenski icra hakimiyyətinin yenidən qurulmasının zəruriliyini elan edib və 2021-ci ildən bəri Baş nazirin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışan Svirdenkonu Nazirlər Kabinetinə rəhbərliyə təyin edib.