Avropa İttifaqından Türkiyə açıqlaması

Dünya

07.10.2019 - 18:19

Həkimlər Klinikalar SEO Xidməti

"Münaqişənin həll yolunun hərbi yolla əldə edilməyəcəyini də onlara dəfələrlə izah etmişik"

 

Avropa İttifaqı (Aİ) Suriyanın kürdlərə məxsus ərazilərdən ABŞ əsgərlərinin çəkilməsinə münasibət bildirib.

 

AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini açıqlama verib.

 

“Müharibənin növbəti mərhələyə qədəm qoyması, Suriya xalqının problemlərini artıracaq və onlara növbəti zərbəni vuracaq. Bununla da məsələni həll etmək daha da çətinləşəcək”, - deyə Aİ nümayəndəsi qeyd edib.

 

Federika Mogherini onu da əlavə edib ki, Aİ-nin Lüksemburqda təşkil edəcəyi sammitdə bu mövzuya xüsusi diqqət yetirəcəklər: “Əhalinin təhlükəsizliyini təmin etmək və müharibənin sona çatması üçün əlimizdən gələni edəcəyik”.

 

"Lakin Türkiyənin də təhlükəsizliyi üçün narahat olduğunu başa düşürük. Ancaq münaqişənin həll yolunun hərbi yolla əldə edilməyəcəyini də onlara dəfələrlə izah etmişik", - deyə Mogherini bildirib.

Müəllif: Ayna.az