Paşinyan əslində bununla əhaliyə xəbərdarlıq edib
“Ermənistanda koronavirusa yoluxma ilə bağlı 665 yeni fakt qeydə alınıb. Ölənlərin və yoluxanların sayı durmadan artır. Buna əsasən bizim kütləvi olaraq tibbi maska geyinməkdən imtina etməyimiz səbəb olur. Buna yol vermək olmaz”. AYNA xəbər verir ki, bu sözləri Ermənistanın Baş Naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.
Baş nazir ictimaiyyətə sual ünvanlayaraq bildirib ki, bəlkə vətəndaşları öz sağlamlıqlarının qeydinə qalmağa məcbur etmək lazımdır? “Bəlkə vətəndaşlarla zor dilində danışmalıyıq?”, - deyə Paşinyan vurğulayıb.
Baş nazirin bu açıqlaması Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb. Siyasilər və ictimaiyyət nümayəndələri bildiriblər ki, Paşinyan əslində bununla əhaliyə xəbərdarlıq edib. Qeyd olunub ki, Paşinyan son günlər ölkədə yaranmış gərgin vəziyyətdən və mümkün hökumət çevrilişindən ehtiyat edir, bu yolla da ictimaiyyətə zor tətbiq edəcəyini bildirir.