Müxalifət Paşinyanın impiçmentinə nail olmağa çalışır

Dünya

09.10.2025 - 13:16

“Ermənistan” fraksiyasının 28 üzvü impiçment qətnaməsinə qoşulmağa razılaşıb

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı müxalifət parlamentdə impiçment səsverməsinə başlamaq üçün lazım olan 36 səsdən 34-nü əldə edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasının lideri Hayk Mamicanyan öz “Facebook” səhifəsində yazıb.

Qeyd edib ki, iyunun 7-də impiçmentin dəstəklənməsi üçün imza toplanması başlanılıb. Oktyabrın 8-də “Ermənistan” fraksiyasının 28 üzvü impiçment qətnaməsinə qoşulmağa razılaşıb.

İmpiçment səsverməsinin qəbulu üçün Ermənistan Parlamentinin 101 üzvündən 54-ünün səsi lazımdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş