Almaniya prezidenti polşalılardan üzr istədi

Dünya

01.09.2019 - 22:48

Almanlar polşada soyqırıma yol veriblər

 

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın İkinci Dünya müharibəsinin cinayətlərinə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

 

AYNA  virtualaz.org-a istinadən bildirir ki, Ştaynmayer bu bəyanatı Polşanın Velyun şəhərində İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr olunmuş xatirə tədbirlərində çıxışı zamanı səsləndirib.

 

Ştaynmayerin sözlərinə görə, almanlar Polşada soyqırıma yol veriblər.

 

O qeyd edib ki, tarixin bu hissəsini unutmaq olmaz: "Burada bütün Polşa və Avropadan keçən alman nifrəti başlayıb. Biz bunu müharibə adlandırırıq, çünki bu cinayətləri başqa nə cür adlandıracağımızı bilmirik. Bu, böyük məhv dalğası idi. Polşada almanlar soyqırıma yol veriblər və bunu unutmaq olmaz. Biz tariximizin verdiyi məsuliyyəti qəbul edirik", - deyə o bildirib.

Müəllif: Ayna.az