Hazırda Moskvada 223 min 530 koronavirus xəstəsi var
Moskvada son sutka ərzində daha 25 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 3929 nəfərə çatıb. Son 24 saat ərzində isə 659 nəfər virusa yoluxub. Hazırda Moskvada 223 min 530 koronavirus xəstəsi var.
154 min 839 nəfər isə xəstəliyə qalib gəlib.