Məscidlərdə baş verən terror aktlarının nəticəsi: Qanunvericiliyə dəyişiklik edilir

Dünya

23.07.2019 - 17:09

Silah almaq istəyən vətəndaşlar, yalnız xüsusi yoxlanışlardan keçdikdən sonra odlu silah əldə edə biləcəklər

 

Cari ilin martında Yeni Zelandiyada baş verən terror aktlarından sonra, ölkə ərazisində odlu silahların satışı ilə bağlı yeni qanun qəbul edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiyanın Baş Naziri Yasinda Ardern odlu silahların toplanması ilə bağlı qəbul edilən qanuna əlavələr olunduğunu deyib.

 

Yeni qanun layihəsinə görə, bundan sonra silah almaq istəyən vətəndaşlar, yalnız xüsusi yoxlanışlardan keçdikdən sonra odlu silah əldə edə biləcəklər. Eyni zamanda, qanuna, ölkəyə gələn turistlərə silah satışının qadağan edilməsi haqqında yeni maddə də əlavə edilib.

 

Habelə, odlu silah alan vətəndaşların 5 ildən bir silah istifadəsi üçün sənədlərinin yenilənməsi məcburi hala gətirilib. Polis və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının silah sahiblərinin davranışlarından şüphələndiyi təqdirdə, həmin vətəndaşların sənədlərini əllərindən ala biləcəyi qeyd olunub.

 

Xatırladaq ki, 2019-cu il mart ayının 15-də Əl-Nur və Linvud məscidlərində cümə namazı vaxtı baş verən terror hadisələri nəticəsində 51 nəfər ölüb, 49 nəfər yaralanıb.

Müəllif: Ayna.az