Koronavirus can almaqda davam edir
Moskvada sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 375 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 795 038, ölənlərin sayı isə 12 892 nəfərdir. Ölkədə 201 816 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.