Moskvada COVID-19 daha 35 nəfərin həyatına son qoyub

Dünya

30.06.2020 - 06:28

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə koronavirusa yoluxmuş 3 796 insan ölüb

 

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölən pasiyentlərin ümumi sayı bir gün ərzində 35 nəfər artıb.

 

Bu barədə AYNA Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahına istinadən xəbər verir.

 

"Moskvada 35 pasiyent öldü, onların hamısında pnevmoniya diaqnozu təsdiq edilmişdi və koronavirus testlərinin nəticəsi müsbət alınmışdı", - qərargahda bildirilib.

 

Operativ Qərargahın məlumatına görə, Moskvada ümumilikdə koronavirusa yoluxmuş 3 796 insan ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş