Dimitri Roqozin: "Mən düşünürəm ki, bunun üçün vaxt gələcək"
Rusiya kosmodromlarından birinin start kompleksi ölkə prezidenti Vladimir Putinin şərəfinə onun adı ilə adlandırıla bilər.
AYNA xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Dmitri Roqozin bildirib.
Qeyd edilir ki, jurnalistlər Roqozindən "Şərq" kosmodromunun Vladimir Putinin şərəfinə adlandırıla biləcəyi barədə soruşublar. "Roskosmos"un rəhbəri bu ideyanı təkzib etməyib.
"Mən düşünürəm ki, bunun üçün vaxt gələcək", - deyə Roqozin qeyd edib.
Daha əvvəl bildirilib ki, “Soyuz-2” raket qurğusunun uçuş yeri olan "Şərq" kosmodromunda ciddi qüsurlar aşkarlanıb. Kosmodrom layihəyə uyğun tikilməyib. Bundan başqa, tökülən betonlarda çatlar əmələ gəlib.
Qeyd edək ki, Baykonurda tikilən kompleks Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılacaq.