Kişi üzündəki maskanı aşağı çəkib və barmaqlarını yalamağa başlayıb
Avropada koronavirus təhlükəsi yayılmaqda davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Belçikada epidemiya ilə bağlı baş verən bir hadisə sosial medianın gündəmini zəbt edib.
Belə ki, paytaxt Brüsseldə metroya girən bir kişi üzündəki maskanı aşağı çəkib və barmaqlarını yalamağa başlayıb. Daha sonra isə əllərini davamlı olaraq metronun tutacağına sürtüb.
Lakin baş verənlər qatardakı digər sərnişinlər tərəfindən görüntüyə alınıb və sosial mediada paylaşılıb. Video izələyicilər tərəfindən təşvişlə qarşılanıb.
Hadisə ilə bağlı Brüssel İctimai Nəqliyyat Agentliyindən verilən açıqlamada adamın içkili olduğu və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürldüyü vurğulanıb.