Yenə də yanğın xəbəri

Dünya

28.08.2019 - 11:41

Son günlər bütün dünya meşə yanğınlarından əziyyət çəkir

 

Antaliyanın Qumluca kəndində meşə yanğını baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində, təxminən 3 hektara yaxın meşə və taxıl sahələri zərər görüb.

 

Hadisə yerinə yaxın olan səlahiyyətli şəxslər və Qumluca Meşə İdarəsinin nəzdində olan işçilər də yanğına müdaxilə etmək üçün hadisə yerinə cəlb olunub.

 

Yanğını söndürmək üçün, təxminən iki saata yaxın vaxt sərf edilib və nəticədə yanğın söndürülüb.

 

İlkin ehtimallara görə, 3 hekatrlıq meşə sahəsi ilə yanaşı bir sıra taxıl və bitki sahələri də zərər görüb.

 

Qeyd edək ki, son günlər bütün dünya meşə yanğınlarından əziyyət çəkir.

Müəllif: Ayna.az