Futbol yarışı zamanı stadionu sel aparıb

Dünya

29.08.2019 - 15:26

Hadisə nəticəsində 7 nəfərin həlak olduğu bildirilir

 

Mərakeşdə futbol matçı zamanı stadionu sel basıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində stadion dağılaraq yararsız hala düşüb.

 

Hadisə zamanı stadiondan qaçmağa müvəffəq olanlar, daşqın nəticəsində 7 nəfərin həlak olduğunu bildiriblər.

 

Qeyd edək ki, Mərakeşin Taroudant şəhərində baş verən hadisə bir futbol matçının final qarşılaşmasında baş verib. Hadisə yerinə cəlb olunan təhlükəszilik qüüvələri 7 nəfərin ölüyünü, 1 nəfərin isə itkin düşdüyün qeyd ediblər.

Müəllif: Ayna.az