Yanukoviç vətəninə qayıtmayacaq - <font color=red> Həyatına görə narahatdır</font>

Dünya

01.10.2019 - 04:40

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç apellyasiya məhkəməsində iştirak etmək üçün Kiyevə getməyəcək

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Yanukoviçin vəkili Vitali Serdyuk deyib. Onun sözlərinə görə, eks-prezident təhlükəsizliyi səbəbindən vətəninə qayıtmayacaq.

“Əvvəlki hakimiyyətin nümayəndələri azadlıqdadır və onlar Yanukoviçin həyatı üçün təhlükəlidir. Risklər böyükdür. Yanukoviç heç də arzuolunan şahid deyil”, - deyə Serdyuk bildirib.

Xatırladaq ki, V. Yanukoviç 2014-cü ilin fevralın 22-də Maydan hadisələrindən sonra Rusiyaya qaçıb. Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviç barəsində 13 il müddətinə axtarışla həbs qərarı verib. O, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar siyasətə səbəb olmaqda ittiham edilir.

Müəllif: Ayna.az