Küveyt və Bəhreyndə hava hücumları dəf edilib

Dünya

10.06.2026 - 11:44

Hər iki ölkədə hava hücumu sirenləri işə salınıb

Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı İranın Əli Əs-Salem hərbi bazasına dron hücumu iddiasından sonra hava hücumundan müdafiə sistemlərinin işlədiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Küveyt hava hücumundan müdafiə sistemləri təsdiq edilmiş əməliyyat prosedurlarına uyğun olaraq düşmən hava hədəflərini vurur", - qeyd olunub.

Krallığın Daxili İşlər Nazirliyinin sosial mediada verdiyi məlumata görə, Bəhreyndə də hava hücumu sirenləri işə salınıb.

Daha sonra Bəhreyn kralının media müşaviri Nəbil Əl-Hamer ölkənin hava hücumundan müdafiə qüvvələrinin İrandan gələn hücumları dəf etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş