“ABŞ hücuma cavab vermək məcburiyyətindədir”
“İran Hörmüz boğazı üzərində Amerika AH-64 “Apache” təyyarəsini vurub”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika lideri əlavə edib ki, “ABŞ hücuma cavab vermək məcburiyyətindədir”.
"Hərbçilərimiz mənə məlumat verdilər ki, dünən gecə iranlılar Hörmüz boğazı üzərində patrul xidməti apararkən ən müasir “Apache” təyyarələrimizdən birini vurublar. Hər iki pilot sağ-salamatdır", - deyə Amerika lideri qeyd edib.
"Buna baxmayaraq, ABŞ bu hücuma cavab vermək məcburiyyətində qalacaq", - deyə Tramp bildirib.
ABŞ Mərkəzi Komandanlığı təyyarənin 8 iyun axşamı Oman sahillərində qəzaya uğradığını bildirib. Hər iki pilot xilas edilib. "The New York Times" qəzetinin məlumatına görə, bu, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 28 fevralda başlayandan bəri ilk “Apache” qəzasıdır.