Nazirin Yaponiyanın xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır
İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunub ki, 10 iyun tarixində səfər çərçivəsində Ceyhun Bayramovun Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.