Zəlzələnin episentri Bəndər Abbasdan 112 kilometr şimal-şərqdə yerləşib
İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Bəndər Abbasdan 112 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.