Köçəryan: "Seçkilərin nəticələrinə etiraz edəcəyik”

Dünya

09.06.2026 - 13:21

“Mübarizə səngərlərimizdən əl çəkməyəcəyik"

“Ermənistan” bloku seçkilərin nəticələrinə etiraz etmək niyyətindədir. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə blokun lideri, Ermənistanın ikinci Prezidenti Robert Köçəryan deyib.

"Əziz həmvətənlərim, “Ermənistan” blokuna verilən hər bir etimad səsinə görə sizə təşəkkür edirəm. Bu seçkilər hakimiyyətin geniş təzyiqi, müxalifət üzvlərinin həbsləri, inzibati resurslardan misli görünməmiş istifadə və seçki prosesinin pozulması şəraitində baş tutub. Seçki nəticələrinə etiraz edəcəyik. Növbəti addımlarımız hazırda müxalifətdəki tərəfdaşlarımızla müzakirə olunur. Bu müzakirələrin nəticələrinə əsasən, gələcək fəaliyyətə yanaşmalarımızı təqdim edəcəyik”, - deyə vurğulayıb.

“Bir şey aydındır: biz geri çəkilməyəcəyik və ya mübarizə səngərlərimizdən əl çəkməyəcəyik", - Köçəryan əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş