Polisdən Bakıda avtomobil yoluna çıxan qadınla bağlı açıqlama

Xəbərlər

09.06.2026 - 14:55

Qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub

Bakının Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş