Koronavirusun yeni əlamətləri aşkarlanıb

Dünya

12.04.2020 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusla bağlı alimlər müxtəlif araşdırmalar aparmaqdadırlar

 

Çində koronavirusa yoluxmuş bəzi insanlarda nevroloji əlamətlər müşahidə olunub.

 

AYNA xəbər verir ki, bu barədə “JAMA Neurology”da dərc edilmiş tədqiqatda Çin alimləri bildirib.

 

Mütəxəssislər koronavirusun yayılmasının episentri olmuş Uhan şəhərinin 214 xəstə sakini haqqında məlumatları araşdırıblar. Məlum olub ki, virusa yoluxmuş bütün xəstələrin 36 faizində (ağır xəstələrin isə 46 faizində) aydın olmayan nitq, həmçinin beyində qan dövranının pozulması, şüur pozğunluğu və əzələ zəifliyi aşkarlanıb.

 

Bu halda xəstələr daha əvvəl koronavirusun öskürək, baş ağrısı və yüksək temperatur kimi məlum simptomlarını hiss etməyə davam edirdilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş