Koronavirusa yoluxanların və vəfat edənlərin sayı artır

Dünya

31.03.2020 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

İndiyədək dünyada Covid-19-a yoluxanların sayı 786 min nəfəri keçib

 

Koronavirus sürətlə yayılmaqda davam edir. Rəsmi statistikaya görə, dünyada virusa yoluxanların sayı 786 mini keçib, 37 min 800 nəfər isə virusun qurbanı olub.

 

AYNA xarici mətbuata istinadən koronavirusla bağlı son vəziyyəti təqdim edir:

 

ABŞ-da Covid-19-a yoluxanların sayı 165 minə çatıb. Ölənlərin sayı isə 3 mini keçib.

 

Koronavirusla ən yaxşı mübarizə aparan ölkələrdən biri kimi göstərilən Almaniyada da son 24 saat ərzində virusa yoluxanların sayı artıb. Statistikaya görə, virusa yoluxanların sayı 61 min 913 nəfərə çatıb. 583 nəfər isə vəfat edib.

 

Kornavirusun ən çox yayıldığı və can aldığı ölkələrdən biri olan İspaniyanın Xarici İşlər naziri Arança Qonzalez virusla mübarizə aparmaq üçün Avropa İttifaqına çağırış edib.

 

Digər tərəfdən, Yaponiyada koronavirusla bağlı maraqlı statistika üzə çıxıb. Yaponiya Səhiyyə Nazirliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, hər 100 yapondan 7-də koronavirusun əlamətləri var.

 

Çexiya Səhiyyə Nazirliyi də ölkədə Covid-19-a yoluxanların sayının 3 mini keçdiyini açıqlayıb. Məlumatda qeyd edilir ki, 43 mindən çox test keçirilib və son 24 saat ərzində 184 yeni yoluxma qeydə alınıb. 23 nəfər isə dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş