İsrailin üç naziri COVID-19-a yoluxub

Dünya

02.08.2020 - 19:41

Həkimlər Klinikalar SEO Xidməti

Hər 3 nazir karantinə alınıb

 

İsrailin üçü nazirində koronavirus infeksiyası aşkarlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, Ali Təhsil və Su Resursları naziri Zyeev Elkin, İcmanın İnkişafı və Gücləndirilməsi naziri Orli Levi-Abukasis və Din İşləri naziri Yakov Avitan həmkarları - Qüds İşləri üzrə nazir Rafi Peresin COVID-19 testlərinin nəticələri müsbət çıxıb və onlar karantinə alınıblar.

 

Peresin sosial şəbəkədə yazdığına görə, onun cümə günü verdiyi koronavirus testi pozitiv çıxıb.

 

Qeyd edək ki, mayın sonlarından İsraildə yoluxma halları artmağa başlayıb. İyunun 6-da 160, iyunun 23-də 460, iyulun 2-də 1026, iyulun 9-da 1650, iyulun 31-də 1367 koronavirus xəstəsi aşkarlanıb. İsrail Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi qaydalar mayın 27-dən qüvvədə qalır. Buraya 2 metr sosial məsafə saxlanması və evdən kənarda qoruyucu maska taxılması daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş