“Bu sistem ABŞ üçün model rolunu oynaya bilər”
İranın Suriyadakı hədəflərinə qarşı İsrailin yeni hərbi kampaniyası ABŞ üçün model rolunu oynaya bilər. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yeni Təhlükəsizlik Mərkəzinin yaydığı hesabatda deyilir.
Mütəxəssislərin fikrincə, İsrailin son illərdə Suriyada qeyri-rəsmi “boz kölgə” sistemi İranın hədəflərinə 2 mindən çox raket zərbəsi endirərək, düşmənin hərbi imkanlarını xeyli məhdudlaşdırıb.
“ABŞ-ın yanvarın 3-də dron vasitəsi ilə İrana bağlı hədəflərə təxribat hücumları reallaşdırması daha təsirli oldu. Ki, məhz bunun nəticəsində Qasım Süleymani qətlə yetirildi. Bu, İranı zəiflədən, Amerikanı isə məqsədlərinə çatdıran və müharibə şəraitini əhəmiyyətli dərəcədə ABŞ-ın xeyrinə dəyişən bir strategiya idi”, - deyə hesabatda bildirilib.