Əhmədlidə açıq ərazidə yanğın söndürülüb

Hadisə

17.06.2026 - 17:29

Yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb

Əhmədlidə açıq ərazidə baş verən yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA.AZ-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş