Sabahın hava proqnozu

Xəbərlər

18.06.2026 - 17:27

38 dərəcə isti olacaq

İyunun 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Gecə 20-23° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 40-45 % təşkil edəcək.

Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25°, bəzi yerlərdə 27-30° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş