Neft Emalı Zavodunda yanğın söndürülüb

Xəbərlər

18.06.2026 - 13:52

Hadisə ilə bağlı araşdırma aparılır

18 iyun tarixində saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.

Zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş