Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

Dünya

11.06.2026 - 13:21

Prezident Baş nazir olmaq istəyir: “Bu barədə hər gün düşünürəm”

Serbiyanın hazırkı Prezidenti Aleksandr Vuçiç istefa vermək və daha sonra Baş nazir vəzifəsinə namizədliyini irəli sürmək planlarını açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident “Belqrad” radiosuna deyib.

"İstefa verməyi planlaşdırıram, sizə xəbər verəcəyəm. Heç kim üçün sürpriz olmayacaq. Prezident iqamətgahında kitabları yığmağa başlamışam. Çoxlu kitablarım var ", - deyə o, bildirib.

Vuçiçin sözlərinə görə, belə bir qərarı üç-dörd aydan da tez verə bilər.

Bu arada, o Serbiyanın Baş naziri vəzifəsinə namizədliyini "hər gün" düşünür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş