İsraildən Qəzza sakinlərinə güzəştlər

Dünya

19.02.2020 - 07:22

Həkimlər Klinikalar SEO Xidməti

Yəhudi dövlətinin hökuməti Qəzzanın təxminən 2 min sakininin ölkəyə girişinə icazə verib

 

İsrail son bir neçə gün sərhəd ərazilərində nisbi sakitliyə görə Qəzza sektorunun vətəndaşlarına qarşı bəzi fövqəladə tədbirlərin tətbiqindən imtina edib.

 

AYNA “Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdаfiə Nаzirliyinin Mətbuat mərkəzi məlumat yayıb.

 

Sanksiya tədbirlərinin dayandırılması haqqında qərar sərhəd sektorlarında raket atəşlərinin dayandırılmasından sonra İsrail hakimiyyəti tərəfindən qəbul edilib. Yəhudi dövlətinin hökuməti Qəzzanın təxminən 2 min sakininin ölkəyə girişinə icazə verib.

 

İsrail ordusunun general-mayoru Kamil Abu-Rukunun sözlərinə görə, bu gündən balıqçılıq zonası 15 dəniz milinə qədər genişləndiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş