“Anlaşma pozulsa, qaldığımız yerdən davam edəcəyik” - <font color=red> Ərdoğan</font>

Dünya

19.10.2019 - 22:28

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  “lazım olsa, davam edəcəyik” deyib

 

Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Kayseridə açılış mərasimində “Sülh Çeşməsi” ( Barış Pinarı) hərəkətı  ilə əlaqədar çıxış edib. AYNA Türkiyə mətbuatına əsasən xəbər verir ki, president hər kəsi bu hərəkata dəstək verməyə çağırıb və belə deyib:

 

“Terrora qarşı bir olmalıyıq, ABŞ ilə atəşkəs sözləşməsi yerinə yetməsə, biz davam etməyə hazırıq. Atəşkəsin 120–ci saatı bitdiyi anda, lazım olsa qaldığımız yerdən təkrar başlayacağıq. Türkiyə hərəkatı başladığı andan verdiyi bütün sözləri tutub. Əməliyyatların aparıldığı bölgənin bir hissəsində Rusiya silahlı qüvvələrinin  nəzarətindədir. Putinlə bölgədə vəziyyəti ələ alacağıq. Əgər istədiyimiz razılaşmaya gəlinməsə, biz öz planlarımızı davam edəcəyik”, - deyə R. T. Ərdoğan vurğulayıb. 

 

Xatırladaq ki, Suriyanın şimalında başlanılan “Sülh çeşməsi” hərəkatı müvəqqəti dayandırılıb. 

 

Müəllif: Raminə Eyvazqızı