Baş Nazir: “Koronavirusa yoluxan ağır xəstələrin sayı çoxdur”
İsraildə COVID-19-la mübarizə məqsədilə karantin rejimi yenidən sərtləşdirilir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş Naziri Benyamin Netanyahu məlumat verib.
Baş Nazir deyib ki, koronavirus pandemiyasının yayılma sürətini nəzərə alaraq, ölkə yenidən karantin rejiminin sərtləşdirilməsinə gedir.
“İsraildə koronavirusa yoluxan ağır xəstələrin sayı çoxdur. Xəstələrin sayını azaltmaq üçün məhdudiyyətlər siyasətinə qayıtmağa məcburuq”, - deyə Netanyahu söyləyib.