İspaniya turistləri qəbul etməyə başlayıb

Dünya

21.06.2020 - 17:59

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə martın 14-də elan edilən fövqəladə vəziyyət rejimi sona çatıb

 

İspaniyada koronavirus pandemiyası səbəbindən martın 14-də elan edilən fövqəladə vəziyyət rejimi sona çatıb. AYNA bu barədə xarici mediaya istinadən bildirir.

 

Fövqəladə halın aradan qalxması ilə birlikdə ölkədə turizm sezonu da açıq elan edilib. Avropa Birliyi ölkələrindən, Şengen ölkələrindən və İngiltərədən olan turistler bu gündən etibarən İspaniyaya gələ bilərlər.

 

Qeyd edək ki, İspaniyaya gedəcək bütün turistlərin hava limanlarında temperaturları ölçüləcək. Həmçinin, turistlərdən əvvəllər koronavirusa yoluxub-yoluxmadıqları soruşulacaq, İspaniyada harada qalacaqlarını bildirmələri tələb olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş