İspan yazıçısı Marse vəfat edib

Dünya

19.07.2020 - 15:57

Yazıçı yaşadığı Barselonada dünyasını dəyişib

 

İspan yazıçısı Xuan Marse 87 yaşında vəfat edib. AYNA xarici mediaya istinadən bildirir ki, Marse yaşadığı Barselonada dünyasını dəyişib.

 

Qeyd edək ki, Xuan Marse 1933-cü ildə yanvarın 8-də anadan olub. Marse 50-ci illərin məşhur yazıçılarından hesab olunur. Yazçının “Tereza ilə son axşam”, “Xalaqızı Montsenin qaranlıq tarixi”, “Lolita klubunda sevgi nəğməsi” kimi əsərləri mövcuddur. Marse 2008-ci ildə nüfuzlu Miqel de Servantes mükafatına layiq görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş