İraqın şimalında 8 PKK-çı məhv edilib

Dünya

10.06.2020 - 15:21

Zap və Haftanin bölgələrində PKK düşərgələri bombalanıb

 

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Zap və Haftanin bölgələrində PKK düşərgələrini bombalayıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Dəqiq aviazərbələr nəticəsində PKK terror təşkilatının 8 üzvü məhv edilib. Terrorçuların yeri pilotsuz uçuş aparatları ilə müəyyənləşdirilib.

 

Daxili İşlər Nazirliyinin ölkə daxilində keçirilən antiterror əməliyyatları barədə açıqlamasında bildirilir ki, Türkiyə-İran sərhədinin Kiçik Ağrı dağı bölgəsində biri qadın olmaqla dörd terrorçu zərərsizləşdirilib. Məhv edilən PKK üzvləri terror aktı hazırlığında olublar.

Müəllif: Ayna.az