İranda spirtli içkilərdən ölənlərin sayı artır

Dünya

07.04.2020 - 14:46

Həkimlər Klinikalar SEO Xidməti

“Spirtli içkilər koronavirusa qarşı müalicə üsulu deyil”

 

İranda koronavirusdan qorunmaq üçün spirtli içki qəbul edib ölənlərin sayı artıb. AYNA xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “Tasnim” məlumat yayıb.

 

Məlumata görə, İran Məhkəmə Hakimiyyətinin sözcüsü Qulamhüseyn İsmaili keçirdiyi mətbuat konfransında yüzlərlə insanın saxta spirtli içkidən zəhərlənərək öldüyünü bildirib. O, qeyd edib ki, spirtli içkilərin COVID-19-dan qoruması şayiələrinə görə, həyatını itirənlərin sayı artmaqda davam edir.

 

"Spirtli içkilər koronavirusa qarşı müalicə üsulu deyil, əksinə, ölümcüldür. Artıq ölkə daxilində 3000-dən çox insan bu içkilərdən zəhərlənib ki, onlardan da 600-dən çoxu dünyasını dəyişib”, - İsmaili vurğulayıb.

 

“Ölkədə qeyri-qanuni olaraq istehsal olunan spirtli içkilər standartlara cavab vermədiyi üçün istehsalçıların çoxu həbs olunacaq və ağır şəkildə cəzalandırılacaq”, - o, əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş