Netanyahudan yeni işğal vədi

Dünya

11.09.2019 - 05:53

 

Binyamin Netanyahu: "Bu gün mən İsrail müstəqilliyini İordaniya vadisinə və Ölü dənizin şimalına yaymaq niyyətimi bildirirəm"

 

İsrailin Baş Naziri Benyamin Netanyahu seçkilərdən əvvəlki müraciəti zamanı ölkənin müstəqilliyini İordaniya vadisinə yayacağını söz verib.

 

AYNA-nın "Report"a istinadən verdiyi xəbərə görə, Baş Nazir vurğulayıb ki, seçkilərdən sonra "əsrin sazişi" təqdim ediləcək. Bu, ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə planıdır.

 

Plan İsrail qanunvericiliyinin yəhudi qəsəbələri olan Yəhudidə və Samariidə tətbiqinə icazə verəcək. Bu, İordan çayının qərb sahilidir. Hazırda həmin ərazi Fələstinə məxsusdur.

 

"Əgər biz İsrail vətəndaşlarından bu hərəkətlərə görə mandat alsaq, bir yer var ki, seçkilərdən dərhal sonra orda İsrailin müstəqilliyini yaymaq olar. Bu gün mən İsrail müstəqilliyini İordaniya vadisinə və Ölü dənizin şimalına yaymaq niyyətimi bildirirəm", - Netanyahu qeyd edib.

 

Netanyahu ilk addımlarını yeni Nazirlər Kabinetinin formalaşmasından sonra atmaq niyyətindədir.

Müəllif: Ayna.az