Müxalifət Cümhuriyyət bayramına qatılmayıb

Dünya

29.10.2019 - 16:57

İmamoğlu: “Ümid edirəm ki, bayramlarımızı uzun illər birlikdə qeyd edəcəyik”

 

Türkiyədə 29 oktyabr Cümhuriyyət Bayramı bütün ölkədə böyük coşğu ilə qeyd olunur.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İB) sədri Əkrəm İmamoğlu İstanbul İcra Hakimiyyətində təşkil olunan mərasimdə iştirak edib.

İmamoğlu mərasimin ardından "Vətən" prospektində keçirilən rəsmi paradı da izləyib: “Ümid edirəm ki, bayramlarımızı uzun illər birlikdə qeyd edəcəyik. Çünki bu, bizim ən böyük milli bayramımızdır. Millətimizin birliyi və həmrəyliyi üçün xüsusi bir simvoldur. Xüsusi ilə bu il “Yaşasın Cümhuriyyyət”, “Yaşasın Demokratiya” şüarlarına təkan verdiyimiz bir ildir.

Digər tərəfdən, 29 oktyabr Cümhuriyyət bayramı səbəbiylə Nevşehir Qazi Stadionunda başqa bir mərasim keçirilib. Lakin Cümhuriyyət Xalq Partiyası üzvlərinin mərasimdə iştirak etmədiyi bildirilib.

Müəllif: Ayna.az