Sosial məsafənin qorunması və tibbi maskalardan istifadə mütləqdir
İngiltərədə bu gün mağaza və ictimai iaşə obyektlərinə qoyulan məhdudiyyət aradan qaldırılıb. AYNA xarici mediaya istinadən bildirir ki, 3 aylıq karantin müddətindən sonra normallaşmaya qayıdan ölkədə zooparklar və ibadət yerləri də açılacaq.
Fəaliyyəti bərpa olunacaq bütün məkanlarda sosial məsafənin qorunması şərtdir. Qapalı yerlərdə isə tibbi maskalardan istifadə mütləqdir.
Qeyd edək ki, İngiltərə dünyada koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələr sırasında üçüncü yerdə dayanır.