Dağıntı və tələfat barədə məlumat verilməyib
Hindistanın şimali-şərqində 5,1 bal gücündə zəlzələ olub. AYNA-nın xəbərinə görə, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 16:16 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Mizoram ştatının paytaxtı Aidcal şəhərindən 25 kilometr şimali-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.