Gürcüstanda 3 nəfər COVID-19-a youxub, 4 nəfər sağalıb

Dünya

28.06.2020 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə infeksiyadan 15 nəfər ölüb, 785 nəfər sağalıb

 

Gürcüstanda son sutkada üç nəfərdə koronavirus aşkar edilib. COVID-19 xəstəsi olan dörd nəfər isə sağalıb. AYNA xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin “StopCov” saytında yerləşdirilib.

 

Bildirilir ki, fevralın 26-dan iyunun 28-dək Gürcüstanda 924 koronavirusa yoluxma təsdiqlənib. Ümumilikdə infeksiyadan 15 nəfər ölüb, 785 nəfər sağalıb. Hazırda 125 nəfər xəstəxanalarda müalicələrini davam etdirirlər. 2 min 819 nəfər karantində, 230 nəfər isə həkimlərin nəzarəti altındadır.

 

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzindən verilən məlumata görə, 27 iyun tarixinə ölkədə 101 min 700-dən çox test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş