Baş Nazir hökumətin istefası ilə bağlı sənədi Prezidentə təqdim edib
Fransa hökuməti istefaya gedib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Baş Naziri Eduard Filip hökumətin istefası ilə bağlı sənədi Prezident Emmanuel Makrona təqdim edib.
Yeni hökumət formalaşana qədər istefa vermiş hökumət fəaliyyətini davam etdirəcək. Hökumətin istefası ilə əlaqədar Nazirlər Şurasının bu günə olan iclası ləğv edilib.