ABŞ-da gözlənilməz istefa

Dünya

06.09.2019 - 00:42

Bu barədə Tramp açıqlama verib

 

ABŞ-ın yaxın şərq üzrə xüsusi ümayəndəsi Jason Greenblattın istefa verdiyi bildirilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

 
Tramp "Twitter" hesabından verdiyi açıqlamada, "İdarəmdə, təxminən 3 il xidmət etdikdən sonra Jason Greenblatt işindən ayrılacaq və iş həyatını özəl sektorda davam etdirəcək", - deyə qeyd edib. 

 

Greenblattı "sadiq və möhtəşəm yoldaş və ecazkar vəkil" kimi səciyyələndirən Tramp, "Onun İsrailə və İsrail ilə Fələstin arasındakı sülhlə bağlı etdikləri unudulmayacaq. Onunçün darıxacağıq. Təşəkkürlər Jason!", - deyib.

Amerika mətbuatına danışan rəsmi şəxslər isə Greenblattın istefasının ardından, "Əsrin müqaviləsi" kimi səciyyələndirilən Yaxın Şərq Sülh Planı prosesində Jared Kushnerin müşavirlərindən olan Ovu Berkovitz və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hookun fəal rol oynayacağını qeyd ediblər.

 

Qeyd edək ki, Jason Greenblatt, eyni zamanda ABŞ rəhbərliyinin İsrail ilə gündəlik ünsiyyətini də təşkil edən şəxs kimi tanınır.

Müəllif: Ayna.az